Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Hollywood filmlərini sızdırdı - 57 ay həbs cəzası aldı

18.09.2025 22:43 609
Hollywood filmlərini sızdırdı - 57 ay həbs cəzası aldı
ABŞ-da beynəlxalq bir DVD şirkətinin sabiq əməkdaşı, yüzlərlə ön göstərim DVD və Blu-ray disklərini oğurlayıb internetə yaydığına görə 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. ABŞ ədliyyə nazirliyi cümə axşamı hökmü elan edib.

Steven Heyl 2021–2022-ci illərdə çalışdığı şirkətdən filmləri gizli şəkildə götürüb elektron ticarət platformaları vasitəsilə satdığını etiraf edib. Onun sızdırdığı filmlər arasında "Dune”, "F9: The Fast Saga” və "Venom: Let There Be Carnage” kimi böyük maraq doğuran ekran işləri də olub.

Ən böyük zərərin isə "Spider-Man: No Way Home” filminin yayılması ilə baş verdiyi açıqlanıb. 2021-ci ildə yalnız kinoteatrlarda nümayiş olunan film, pandemiya sonrası 1 milyard dollardan artıq gəlir toplayan ilk layihə olmuşdu. Lakin qeyri-qanuni kopyaların satışa çıxması səbəbilə istehsalçılar on milyonlarla dollar itki ilə üzləşib.

Həmin dövrdə pirat nüsxələr o qədər geniş yayılıb ki, təhlükəsizlik şirkətləri saxta fayllara zərərli proqramların yerləşdirildiyini də hesabatlarda qeyd edib. Heylin orijinal Blu-ray diskdən hazırladığı yüksək keyfiyyətli kopya isə rəsmi satışdan təxminən bir ay əvvəl internetdə yayımlanıb.

38 yaşlı Heylin əvvəllər silahlı qarət cinayətinə görə sabiqası olub. Bu iş üzrə 15 ilə qədər cəza ala biləcəyi bildirilsə də, prokurorluqla razılaşmaya görə müddət maksimum 5 ilə endirilib.

Polisin evdə apardığı axtarışda içərisində güllə olan tapança və əlavə 13 patron aşkar edilib. Sabiqəli olduğuna görə silah gəzdirməsi qanunsuz idi. Buna görə o, "cinayətkar olaraq odlu silah saxlama” ittihamını da qəbul edib.

Nəticədə, DVD oğurluğu və silah cinayətləri birləşdirilərək Tennessi federal məhkəməsi tərəfindən Steven Heyl 57 ay həbs cəzasına məhkum edilib.

ABŞ ədliyyə nazirliyinin rəsmisi Mettyu R. Qaleotti açıqlamasında bildirib: "Bugünkü hökm, Amerikan yaradıcılığını piratçılıqdan qorumaq əzmimizin göstəricisidir. Başqalarının zəhmətini qısa müddətli qazanc üçün sui-istifadə edənlər, bu işdə olduğu kimi, ciddi bədəl ödəyəcəklər".
//qaynar.az

Son xəbərlər