Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

15.09.2025 16:50 528
Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq
Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.

Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub.

Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək. Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq.

Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib. Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Son xəbərlər