Mojo.az Banner
23:01 Sumqayıtda beş min abonent SUSUZ QALACAQ  |     22:50 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR - FOTO  |     22:45 Çörək bahalaşacaq? - Agentlikdən RƏSMİ açıqlama  |     22:43 Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM  |     22:40 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır  |     22:35 I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI  |     22:33 Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ  |     22:31 Paşinyandan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə REAKSİYA - Video  |     22:08 Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? - Deputat AÇIQLADI  |     22:04 Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş - FOTO (Yenilənib)  |     21:56 Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bəzi yollar bağlı olacaq  |     23:01 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır  |     22:57 Tələsiklik və diqqətsizlik: Piyadaları ölümə aparan vərdişlər - Psixoloq  |     22:51 Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb  |     22:40 40 min il sonra geri döndülər: Alyaskada buz dövrü canlıları dirçəlir  |     22:35 Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşüb - FOTO  |     22:29 Gömrükdə yeni qayda: FİN ləğv edilir, "ASAN İmza" gəlir - Nə dəyişəcək?  |     22:22 Bakıda mənzillərin qiymətləri yüksəldi (Video)  |     22:16 Paytaxtda yeni xəstəxana tikiləcək  |     22:08 Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır  |    
Left Banner
Right Banner

Reabiltasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı

15.09.2025 13:27 402
Reabiltasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı
Ali Məhkəmədə Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur Yolu" Reabilitasiya Mərkəzinin direktoru Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hər üç şəxs mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

Məlumata görə, "Uğur yolu" narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

Belə ki, 2023-cü ildə reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat yayılmışdı. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzə gətirilsin.

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya olub.

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər.

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən - Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza veriliblər. O, məhkəmə zalından azadlığa buraxılıb.скачать dle 11.3
Mojo.az Banner