Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda İİV və sifilis: Rəqəmlər nə göstərir?

13.09.2025 22:13 864
Azərbaycanda İİV və sifilis: Rəqəmlər nə göstərir?
Son vaxtlar sosial şəbəkədə QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) və sifilis xəstəlikləri ilə bağlı müzakirələr tez-tez nəzərə çarpır.

Müzakirələrdə sözügedən xəstəliklərin sayında artımla bağlı yayılan məlumatlardan narahatlıq ifadə olunur.

Bəs görəsən, Azərbaycanda bu narahatlıqlara səbəb varmı? QİÇS və sifilis xəstəliklərinin statistikası bizə nə deyir?

Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumatda göstərilir ki, bu ilin yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin ümumi sayı 816 nəfər olub.

Onlardan 492 nəfəri kişi, 324 nəfəri isə qadındır. Sifilisə yoluxanlar 0-17 yaş qrupu üzrə 24 nəfər, 18 və daha yuxarı yaş həddində isə 792 nəfərdir.

Qeyd edək ki, 2023-cü ildə sifilisə yoluxanların ümumi sayı 886 nəfər, 2024-cü ildə isə 1 152 nəfər olub.

Azərbaycanda QİÇS-ə yoluxanların sayına gəlincə isə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda ilk dəfə İİV (insanın immun çatışmazlığı virusu) infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin 1 sentyabr tarixinə kimi sözügedən mərkəzdə 11 144 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.

Onlardan 69.8%-i kişilər, 30.2%-i qadınlardır.

DSK-dan isə bildirilib ki, QİÇS-ə 2023-cü ildə yoluxanların sayı 10 692 nəfər, 2024-cü ildə isə 11 844 nəfər olub.

Bu xəstəliklərin dinamikasında müşahidə olunan artımın yaratdığı narahatlığa gəlincə, Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib ki, ölkədə İİV-in yayılma və xəstələnmə göstəriciləri ilə bağlı epidemioloji təhlükə müşahidə olunmur:

"Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan yerdir. Buna səbəb isə ölkədə, əsasən, əhali arasında məqsədyönlü şəkildə icra olunan müxtəlif istiqamətli əks-epidemik və profilaktik tədbirlərdir.

İİV-in ötürülmə yollarından biri də anadan-uşağa olduğu üçün virusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) həyata keçirilir və son beş il ərzində qeydiyyata götürülən və ARV terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.

Anadan uşağa ötürülmənin profilaktikasına, həmçinin yenidoğulmuşların profilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindən yenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin olunur", - deyə məlumatda bildirilir.скачать dle 11.3

Son xəbərlər