Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

"Formula 1" üzrə Azərbaycan Qran-prisi: Bakı küçələri pik saatlarda açıq olacaq

11.09.2025 20:05 1 056
"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı Bakı küçələri pik saatlarda açıq olacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. Sentyabrın 19–21-də keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Sentyabrın 15–17-də, səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18-də isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Xatırladaq ki, Bakı "Formula 1" üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60 %-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.скачать dle 11.3

Son xəbərlər