Mojo.az Banner
19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah 6 000 abonentin qazı kəsiləcək

10.09.2025 17:49 876
Sabah 6 000 abonentin qazı kəsiləcək
Sabah Lənkəran və Astara rayonlarında altı minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrın 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək.

Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo Qaz Paylayıcı Stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla 11 yaşayış məntəqəsində, təxminən, 4 100 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.скачать dle 11.3
Mojo.az Banner