Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bunlar artıq yaxınmənalı sözlər sayılmayacaq

09.09.2025 14:33 489
Bunlar artıq yaxınmənalı sözlər sayılmayacaq
“Yeni nəsil “Azərbaycan dili” dərsliyində bəzi yeni terminlər istifadə olunub. Məsələn, buraya hiperonim, hiponim və morfem kimi anlayışlar əlavə edilib”.

Median.Az
“Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.

O qeyd edib ki, sözün aid olduğu ümumi məna hiperonim, həmin söz isə hiponim adlanır, morfem isə ön şəkilçi anlayışıdır:

“Məsələn, bu günə kimi “şalvar-köynək” yaxınmənalı söz olaraq qəbul edilirdi. Şagirdlər isə deyirdi ki, axı “şalvar-köynək” yaxınmənalı söz deyil. Yeni dərslikdə isə “şalvar-köynək” geyim hiperoniminə aid hiponim olaraq təqdim edilib. Eləcə də “duz-çörək” yaxınmənalı yox, qida hiperoniminə aid hiponimdir. Morfem isə söz önündə işlədilən bi-, a-, anti-, vitse- kimi şəkilçilərdir”.

скачать dle 11.3
Mojo.az Banner