Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir ediləcək

08.09.2025 20:25 663
Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir ediləcək
Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.

Bu barədə Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov qurumun iclasında bildirib.

O, Naxçıvandakı futbolsevərlərin "Araz-Naxçıvan" intizarına yaxın vaxtlarda son qoyulacağını qeyd edib. Belə ki, muxtar respublika futbolunun tarixini, ənənələrini özündə əks etdirən Naxçıvan Muxtar Respublika stadionu yaxın vaxtlarda beynəlxalq standartlara uyğun şəkildə təmir edilərək klubun və Naxçıvan futbolunun sərəncamına veriləcək.

NFF rəhbəri toplantıda muxtar respublikada futbolun inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Z.Axundov cari ilin aprelində AFFA və NFF-nin birgə təşkilatçılığı ilə müvafiq yaş qruplarına aid komandalar arasında Azərbaycan çempionatının Naxçıvan zonası üzrə oyunlarının keçirildiyini, kütləviliyin artırılması məqsədi ilə böyüklər arasında şəhər, rayon, qəsəbə və kəndlərdə mütəmadi olaraq futbol yarışlarının təşkil edildiyini, NFF-nin dəstəyi ilə yeni futbol klubunun yaradıldığını bildirib.

Federasiya prezidenti uzun fasilədən sonra Naxçıvanı təmsil edən hakimlər briqadasının müxtəlif yaş qruplarına aid komandaların iştirak etdiyi ölkə birinciliyinin oyunlarına təyinat almasını da təqdirəlayiq hal kimi vurğulayıb.

Bunun üçün AFFA Hakimlər Komitəsi ilə qarşılıqlı işlərin aparıldığı, bölgədə referilər üçün kursların və seminarların təşkil olunduğu, yekunda test-normativləri uğurla verənlərin daim yarışlarda ədaləti qoruyacağı bildirilib. Bundan başqa, bölgədə məşqçilərin UEFA məşqçi lisenziyasına sahib olması üçün kurslar təşkil olunur.

Son xəbərlər