Mojo.az Banner
23:02 Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı  |     22:56 Güclü yağışların səbəbi müharibədirmi?  |     22:47 Yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə  |     22:43 Formula-1 komandalarının dəyəri nə qədərdir? - Təxmini qiymətlər  |     22:36 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb  |     22:23 Öldü, amma filmdə oynayır: Süni intellektlə geri dönən Val Kilmer  |     22:18 Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?  |     22:10 Banka borcunu ödəməyənlərə yeni qayda tətbiq edilə bilər  |     22:03 Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi  |     21:55 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"  |     21:47 Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir  |     21:39 Ağdamda gənc FACİƏLİ şəkildə öldü  |     21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |    
Left Banner
Right Banner

43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi

06.09.2025 21:39 426
43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi
Həyatın ən vacib təməl daşlarından biri olan təhsil sadəcə bilik və bacarıqların əldə edilməsi deyil, həm də insanın şəxsiyyətinin formalaşması, özünəinamının artması və cəmiyyətdə layiqli yer tutması üçün açar rolunu oynayır. Bəzən həyatın çətin sınaqları, müharibənin acı nəticələri və məcburi köçkünlük taleyi insanların təhsil yollarını yarımçıq qoyur.

Lakin "Eksternat təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar” müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş vətəndaşlara yeni bir şans verir. Təhsilin yaşı, zamanı və məkanı olmadığını sübut edən bu sistem sayəsində bir çox insanların illər boyu ürəyində daşıdığı arzular gerçəkləşir. Əsl inam hekayələri məhz belə anlarda yazılır. Bu hekayələr sübut edir ki, təhsilin yaşı, zamanı və məkanı yoxdur. Ölkəmizdə belə hekayələrdən biri illər sonra gerçəkləşən arzusunu gercəkləşdirən Şəhla Mirzəyevaya aiddir.

Şəhla Mirzəyeva təhsilini yarımçıq qoymağa məcbur qaldığı illəri belə xatırlayır:

"Həyatım 1992-ci ilin ağrıları ilə bölündü. Mən o vaxt Laçının Oğuldərə kənd tam orta məktəbində ibtidai sinifdə oxuyurdum. İbtidai sinfi bitirəcəyim il taleyim dəyişdi, məcburi köçkün olduq. Hər şey yarımçıq qaldı; məktəbimiz, uşaqlığımız, arzularımız. Ailəmlə birlikdə Zaqatalaya köçəndə sənədlərim buradakı 3 nömrəli tam orta məktəbə verilsə də, bəzi çətinliklərim təhsilimlə vidalaşmağıma səbəb oldu. Erkən yaşda ailə həyatı qurdum, övladlarım oldu. Hər bir ana kimi övladlarımın təhsilinə xüsusi önəm verdim. Onlar fərqli ixtisaslara yiyələndilər, mən isə içimdə həmişə o yarımçıq qalmış təhsil almaq arzusunun ağrısını daşıdım”.

O qeyd edir ki, məktəbdə həmişə əla qiymətlərlə oxuyub, arzusu bağça müəllimi olmaq olub. Bu sadə, amma gözəl arzu onun uşaq qəlbində böyük yer tutub: "Bu illər ərzində içimdə həmişə bir boşluq, yarımçıq qalan bir arzu yaşayırdı: təhsilimi tamamlamaq. 42 yaşım vardı, ancaq təhsilimlə bağlı heç bir rəsmi sənədim yox idi. Çünki məktəbimiz işğal dövründə yandırılmışdı və bütün arxivlər məhv olmuşdu. Mən həqiqətən də sıfırdan başlamağa məcbur idim.

2024-cü ildə qərar verdim ki, bu arzumu gerçəkləşdirəcəyəm. Lakin həmin dövrdə anamın ağır xəstəliyi və vəfatı məni sarsıtdı. Ümidimi itirmədim, özümü toparladım və 2025-ci ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkil etdiyi eksternat imtahanına qatılmağa qərar verdim. Proses belə idi: aralıq imtahanda uğur qazananlar Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanına buraxılır. Mən hər iki mərhələni uğurla keçərək, 43 yaşımda ümumi orta (9 illik) təhsilimi rəsmi qaydada tamamladım.

Şəhla xanım bu uğurunun sevincini belə ifadə edib:

"Həyatda təhsillə bağlı çətinliklərlə üzləşən hər kəsə, xüsusilə də gənc qızlara demək istəyirəm: Yaşın, zamanın, məkanın sizi xəyallarınızdan uzaqlaşdırmasına əsla icazə verməyin. Çətinliklər onsuz da həyatın bir parçasıdır. Onlar daim olacaq. Amma əsas olan o çətinliklərin sizi yox, sizin o çətinlikləri aşmağınızdır. Unutmayın, ürəkdən istəsəniz, inamla addımlasanız, bacaracaqsınız. Mənim hekayəm bunun ən canlı sübutudur”.(Azərbaycan müəllimi)скачать dle 11.3
Mojo.az Banner