Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01.09.2025 22:38 546
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?
Təhsil sistemində daim müzakirə olunan məsələlərdən biri də müəllimlərin məktəb vəsaitləri olduğu halda, abituriyentlərə hazırlıq keçən zaman kurs vəsaitlərinə müraciət etmələri olur. Bu yanaşma sual doğurur: əgər dövlətin təsdiq etdiyi dərsliklər mövcuddursa, niyə müəllimlər əlavə vəsaitlərə üz tuturlar?

Təhsil üzrə ekspert Elmin Nurizadə Valyuta.az-a bildirib ki, bu, müəllimlərlə kursların sövdələşməsi əsasında yaranan prosesdir:

"Bəzi kurslar müəllimlərlə razılaşaraq, öz kitablarını şagirdlərə satdırır və bunun müqabilində müəllimlərə faiz verirlər. Bu halın qarşısını almaq üçün ciddi addımlar atılsa da, tamamilə aradan çıxmayıb”.

Onun sözlərinə görə, əgər müəllim dərslərə əlavə dəyər qatmaq və əlavə məlumat vermək istəyirsə, kitabı öz vəsaiti ilə almalı və oradakı bilgiləri şagirdlərlə bölüşməlidir. Müəllimin hansısa mövzunu bəyənməməsi səbəbilə bütün sinifə başqa kurs kitabı aldırması yolverilməzdir:

"Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş vahid tədris proqramı var və bu proqram məktəb dərsliklərində əksini tapır. Müəllimlər də keyfiyyətindən asılı olmayaraq bu proqram əsasında işləməlidirlər”.скачать dle 11.3
Mojo.az Banner