Mojo.az Banner
SON DƏQİQƏ
18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı

28.08.2025 14:46 1 239
İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı
İki valyuta mübadiləsi məntəqəsinin ("Delta Capital" MMC və "Zuhur" MMC) lisenziyası bir ay müddətinə dayandırılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, AMB tərəfindən "Delta Capital" MMC-də və Zuhur" MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün "Delta Capital" MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi və Zuhur" MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.скачать dle 11.3

Son xəbərlər