Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR

28.08.2025 13:26 960
Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR
Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.

Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.

Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.

Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.

Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.скачать dle 11.3
Mojo.az Banner