Mojo.az Banner
Left Banner
Right Banner

Monqolustanda zəlzələ baş verib

28.08.2025 12:25 855
Monqolustanda zəlzələ baş verib
Monqolustanın qərbində 5.3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, zəlzələ saat 9:22-də (Bakı vaxtı ilə 6:22 - red.) Ulanqom şəhərindən 44 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Bəzi KİV-in bildirdiyinə görə, yeraltı təkanlar Tuva Respublikasına da çatıb. Belə ki, Kızıl, Ak-Dovurak, Şaqonar və digər şəhərlərin sakinləri titrəyişləri hiss etdiklərini deyiblər.скачать dle 11.3
Mojo.az Banner