Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah üç rayonun bəzi hissələrində qaz olmayacaq

27.08.2025 17:01 612
Sabah üç rayonun bəzi hissələrində qaz olmayacaq
Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyasından (QPS) qidalanan Türyançay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyançay qəsəbəsində 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksəktəzyiqli qaz kəmərinin yerüstü çəkilmiş hissəsi yer altına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli və Lahıc kəndlərində 5 100 abonentin qaz təchizatının Əliabad QPS-dən dayandırılması planlaşdırılır.

Həmçinin Şəki rayonu Qırxbulaq kəndi ərazisində d-159 mm-lik qaz xəttinin üzərinə "ölçü qovşaqları" quraşdırılacaq. Bu məqsədlə saat 09:30-dan işlər yekunlaşanadək Şəki rayonu Vərəzət, Qırxbulaq, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Bideyiz, Baş Küngüt, Aşağı Küngüt kəndlərində cəmi 2 081 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.скачать dle 11.3
Mojo.az Banner