Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

BDYPİ kənd təsərrüfatı texnikası və traktor sürücülərinə xəbərdarlıq edib - Video

27.08.2025 13:06 900
BDYPİ kənd təsərrüfatı texnikası və traktor sürücülərinə xəbərdarlıq edib - Video
"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların ümumi istifadədə olan avtomobil yollarında yol hərəkəti qaydalarına riayət etmədən hərəkətinə rast gəlinir. Bu kimi hallar yollarda qəza ehtimalını artıran əsas səbəblərdəndir".

Bu sözlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) kənd təsərrüfatı texnikalarının və traktorların sürücülərinə müraciətində yer alıb.

"Ən çox rast gəlinən qayda pozuntularına bu texnikaların saz vəziyyətdə olmadan yollara çıxarılması, işıqlandırma və xəbərdaredici siqnalların işlək vəziyyətdə olmaması, daşınan yüklərin düzgün bərkidilməməsi, eləcə də sürücülərin manevrləri diqqətsiz və məsuliyyətsiz şəkildə yerinə yetirməsi daxildir. Təcrübə göstərir ki, bu səbəbdən baş verən qəzaların nəticələri daha ağır olur. Çünki iri həcmli kənd təsərrüfatı texnikaları adi minik avtomobilləri ilə müqayisədə dəfələrlə böyük çəki və ölçüyə malikdir.

Qanunvericiliyə əsasən, kənd təsərrüfatı texnikaları yalnız saz vəziyyətdə və lazımi təhlükəsizlik tələblərinə cavab verdiyi halda yollarda hərəkət edə bilər. Əks halda, bu qaydaları pozan sürücülər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, qaydalara əməl etmək həm özünüzün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması baxımından zəruridir", - deyə qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner