Mojo.az Banner
20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq

26.08.2025 21:17 675
Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq
Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

Bu barədə "Report”a SOCAR-dan məlumat verilib. Bildirilib ki, mövcud müqavilənin müddəti bu il başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsi gedir.

Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

Martın 5-də istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinə gəlincə, SOCAR bildirib ki, hələlik bu boru xətti ilə qaz nəqli başlamayıb. Kəmərin gündəlik ötürmə gücü 2 milyon kubmetrdir.
Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.

İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.скачать dle 11.3
Mojo.az Banner