Mojo.az Banner
17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |     13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı

26.08.2025 11:18 537
Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı
Xəbər verdiyimiz kimi, ötən gün Şəkinin Cumakənd kəndində 11 yaşlı Rüzgar Ağabalayev ürək çatışmazlığından vəfat edib.

Rüzgarın ailəsi bu barədə "Baku TV"ya danışıb.

Anası Çimnaz Ağabaleyava bildirib ki, Rüzgarı hər gün xəstəxanaya aparıb-gətiriblər: "Maarif həkim dedi ki, mən suyun ürəyinə, ciyərinə yığıldığını bilmədən ona əl vura bilmərəm. Həkim dedi ki, uşağın son saatları, dəqiqələridir, nə deyək əl vuraq ona. Elə stolda uşağın canı çıxdı".

Valideynin sözlərinə görə, Rüzgar məktəbə getməyib, evdə təhsil alıb: "Onun o qədər arzuları var idi ki, heç yerə sığan deyil..."

TƏBİB-dən isə bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və qarın boşluğunda mayenin yığılması diaqnozu təyin olunub. Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Məlumat üçün bildirək ki, Ağabalayevlər ailəsinin bundan əvvəl 2 və 3 yaşlı iki qız övladı da xəstəlikdən ölüb.
скачать dle 11.3
Mojo.az Banner