Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rumıniya Senatının üzvü: Qarabağda özümü evimdəki kimi hiss edirəm

25.08.2025 19:39 819
Rumıniya Senatının üzvü: Qarabağda özümü evimdəki kimi hiss edirəm
"Heydər Əliyev" zirvəsinə qalxan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağda özünü evində kimi hiss etdiyini bildirib.

Eyni zamanda, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olan senator "Heydər Əliyev" zirvəsinə Qarabağ bölgəsindən gəldiyini və bu zirvənin Azərbaycanın, hətta Cənubi Qafqazın ən gözəl yüksəkliyi olduğunu vurğulayıb:

"Bu dağ çox gözəl, hava isə mükəmməldir. Zirvəyə təxminən 6-7 saata qalxdıq. Heç bir problemimiz olmadı. Çətin deyil, amma əzm və səy tələb olunur. Çox gözəl bir dırmanış oldu, problem yaşamadıq, amma dağlar çox güclüdür və mən bu enerjini hiss edirəm. Mən indi Qarabağ bölgəsindən gəlmişəm, Qarabağ Azərbaycanın çox vacib və xüsusi bir bölgəsidir".

Kristian-Avqustin Nikulesku-Tsıqırlaş Qarabağdakı bərpa-quruculuq işlərinə də diqqət çəkib:

"Qarabağda işçilər əzmlə çalışırlar, oranı yenidən qururlar. Bu çox gözəldir, çünki Qarabağ ölkəmin Maramureş bölgəsinə bənzəyir. Orada meşələr, yaşıllıqlar, çaylar var və mən Qarabağda özümü evimdəki kimi hiss edirəm. Bu mənim üçün çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri çox gözəldir. Bu yerlərdə olmaqdan qürur duyuram. Mən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanova təbriklərimi və təşəkkürümü bildirirəm. Bu missiyanı o təşkil etdi və bunun üçün çox minnətdaram".

Qeyd edək ki, "Heydər Əliyev" zirvəsi Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşir.
//reportскачать dle 11.3
Mojo.az Banner