Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradılır

23.08.2025 14:21 1 350
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradılır
Azərbaycan, Türkmənistan və Özbəkistan enerji, nəqliyyat və logistika kimi əsas sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.

"Tərəflər enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər, bu sahədə qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyətini vurğulayıblar", - Türkmənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə qeyd olunub.

"Nəqliyyat və logistika sahəsində böyük potensialı, eləcə də üç ölkənin tranzit potensialından istifadəni nəzərə alaraq, tərəflər Özbəkistan - Türkmənistan - Azərbaycan və əks istiqamətdə multimodal daşımaların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan üç ölkənin səlahiyyətli orqanı tərəfindən nəqliyyat və logistika sahəsində Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub", - bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, liderlər nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, nəqliyyatın əlaqələndirilməsi, onların təşkili üçün şərtlərin sadələşdirilməsi məsələlərini müzakirə etmək üçün Birgə İşçi Qrupun yaradılmasını alqışlayırlar.

Bəyanatda ölkələr arasında hava nəqliyyatının, biznesin və turizmin inkişafının vacibliyindən bəhs edilir və bunun yük və sərnişin axınının artmasına töhfə verəcəyi bildirilir.скачать dle 11.3
Mojo.az Banner