Mojo.az Banner
22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

8 yaşlı futbolçu dünya brendi ilə müqavilə imzaladı

21.08.2025 22:11 702
8 yaşlı futbolçu dünya brendi ilə müqavilə imzaladı
Braziliyada "Flamenqo" klubunun uşaq komandasının üzvü, 8 yaşlı Natansinyo "Nike" şirkəti ilə müqavilə bağlayıb.

Qaynarinfo-nun "O Globo" nəşrinə istinadən məlumatına görə, bu, Rio-de-Janeyro təmsilçisinin tarixində ilk hadisədir ki, belə gənc oyunçu dünya brendi ilə anlaşma imzalayır.

"Nike" istedadlı hücumçunun hüquqlarını əvvəlcədən özündə saxlamağı qərara alıb. Buna əsas da var: Ötən mövsümdə Natansinyo Rio-de-Janeyro üzrə 8 yaşadək uşaqlar arasında keçirilən çempionatın bombardiri olub və 18 qol vurub. O, "Ibercup" turnirində də fərqlənərək 11 dəfə rəqib qapısına yol tapıb və ən yaxşı oyunçu adına layiq görülüb.

Portuqaliyanın "A Bola" qəzeti artıq gənc braziliyalının gələcəkdə geniş müzakirə mövzusu olacağını proqnozlaşdırır. "Nike" isə ən gənc oyunçulara sərmayə yatırmaq siyasətini davam etdirir: Bir neçə il əvvəl şirkət başqa bir 8 yaşlı braziliyalı, Kauan Basile ilə müqavilə bağlamışdı. Hazırda Basile milyonlarla izləyici toplayıb və Neymarla birlikdə reklam çarxlarında çəkilir.скачать dle 11.3
Mojo.az Banner