Mojo.az Banner
22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər

18.08.2025 18:03 1 104
Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər
"Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz tədarükü üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır".

Bunu Ukraynanın energetika naziri Svetlana Qrinçuk "RBC-Ukrayna" nəşrinə müsahibəsində deyib.

"Biz hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Əgər müqavilə bağlanarsa, biz (tədarükü - red.) davam etdirəcəyik", - Qrinçuk bildirib.

O, həmçinin qeyd edib ki, hərbi risklər mövcuddur, çünki son vaxtlar rusiyalılar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndiriblər.

Xatırladaq ki, may ayında Ukraynanın yeni marşrutla böyük həcmdə qaz ala biləcəyi məlum olub. Bu, enerji və kommunal xidmətlər sahəsində dövlət tənzimlənməsini həyata keçirən Milli Komissiya Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.

İyulda "Ukrayna Naftoqaz" Milli Səhmdar Cəmiyyəti Azərbaycan qazının alınmasına dair SOCAR ilə ilk müqaviləni bağlayıb.

Söhbət kiçik qaz həcmlərindən gedir, lakin "Naftoqaz"ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün strateji addımdır.

Qazın sınaq tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.

Ekspertlərin sözlərinə görə, bu dəhlizlə idxal olunan Azərbaycan qazı Ukraynanın qışa hazırlığına ciddi təsir etməyəcək, lakin perspektivdə ölkənin enerji təhlükəsizliyini gücləndirə bilər.скачать dle 11.3
Mojo.az Banner