Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah baş tutacaq Tramp-Putin görüşü təkbətək formatda keçiriləcək

14.08.2025 20:16 951
Sabah baş tutacaq Tramp-Putin görüşü təkbətək formatda keçiriləcək
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska görüşü avqustun 15-də yerli vaxtla saat 11:30 radələrində (Bakı vaxtı ilə saat 23:30) keçiriləcək.

Median.Az
Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya və ABŞ prezidentlərinin beş gün əvvəl elan edilən Alyaska görüşünə intensiv hazırlıq gedir.

Görüş Ankoricdə Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq.

Uşakovun sözlərinə görə, görüş təkbətək formatda, tərcüməçilərin iştirakı ilə keçiriləcək.

"Sonra nümayəndə heyətləri danışıqlar olacaq və bu, səhər yeməyi zamanı davam edəcək", - deyə o əlavə edib.

O qeyd edib ki, iki ölkə prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub, proqramı artıq razılaşdırılıb.

"Nəzərə alsaq ki, görüş haqqında yalnız beş gün əvvəl, yəni ötən cümə axşamından şənbə gününə keçən gecə elan edilib, hər şey intensiv rejimdə həyata keçirilir, çoxlu sayda texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur və əlbəttə ki, ilk növbədə sammitin siyasi tərkib hissəsi aktiv şəkildə işlənilir", - o bildirib.скачать dle 11.3
Mojo.az Banner