Mojo.az Banner
Left Banner
Right Banner

"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır

12.08.2025 20:33 627
İngiltərənin "Mançester Yunayted" kollektivi Almaniya təmsilçisi "Bavariya"nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.

26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır.

Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək.

D.Upamenkonun özü də "Mançester Yunayted"ə transfer olmağa müsbət yanaşır.

Qeyd edək ki, futbolçu 2021-ci ildən "Bavariya"da çıxış edir.
//reportскачать dle 11.3
Mojo.az Banner