Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

İordaniya kralı Prezident İlham Əliyevə zəng edib

11.08.2025 12:48 801
İordaniya kralı Prezident İlham Əliyevə zəng edib
Avqustun 11-də İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.

Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.скачать dle 11.3

Son xəbərlər