Mojo.az Banner
20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |    
Mojo.az Avto
Mojo.az Avto

MÜTDA MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab verib

07.08.2025 19:56 681
MÜTDA MİQ-in vakansiya seçimi ilə bağlı etirazlara cavab verib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Müəllimlərin İşə Qəbulu üzrə vakansiya seçimi ilə bağlı etirazlara cavab verib.

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, son illər keçirilmiş müsabiqələrin nəticəsində işə qəbul edilmiş və təhsilverənlərin sertifikatlaşdırma prosesini uğurla tamamlamış müəllimlərin orta dərs yükü əhəmiyyətli şəkildə artmış, təhsilalanların keyfiyyətli təhsilə çıxış imkanı genişləndirilib.

"Prosesin davamı olaraq bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə çıxarılan yerlər detallı təhlil edilərək müəllimlərin işə qəbul, sertifikatlaşdırma və diaqnostik qiymətləndirmə nəticələri, mövcud müəllimlərin orta dərs yükü, mövcud müəssisələrdəki müəllimlər sıxlığı nəzərə alınıb. Nəticədə bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin vakansiya seçimi mərhələsinə 7000-ə yaxın vakant yer çıxarılıb. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, ənənəvi olaraq bu mərhələdə tutulmayan, həmçinin yaranan yeni vakant yerlər ilboyu elan ediləcəkdir", - Agentlikdən vurğulanıb

Qeyd edək ki, 6 avqust tarixindən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb. Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Xatırladaq ki, vakansiya seçimi başlyandan sonra sosial şəbəkələrdə MİQ üzrə vakant yerlərin gizlədilməsi ilə bağlı iddialar səsləndirilib.скачать dle 11.3
Mojo.az Banner