Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Molla Nəsrəddin: Çətin günlərimin dostu" filminin çəkilişləri Kəlbəcərdə davam edir

07.08.2025 17:36 720
Azərbaycan mədəni irsinin və türk dünyasının ortaq yaddaşının kino dili ilə əks olunduğu "Molla Nəsrəddin: Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin çəkilişləri hazırda Kəlbəcər rayonunda davam edir. Layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən mədəni canlanmaya öz töhfəsini verir. Bu mərhələdə çəkiliş heyətinə filmin prodüseri Zaur Darabzadə, ssenari müəllifi və quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev, filmin icraçı prodüseri Azər Quliyev və ümumilikdə 100 nəfərlik beynəlxalq peşəkar film heyəti daxildir.

Vaqif Mustafayev özünəməxsus üslubu və ictimai mövzulardakı bədii təfəkkürü ilə bu layihəyə yüksək sənətkarlıq bəxş edir. Onun rəhbərliyi ilə ərsəyə gələn bu ekran əsəri "Molla Nəsrəddin" obrazını, sadəcə, satirik deyil, maarifçi və mənəvi irs daşıyıcısı kimi tamaşaçıya təqdim edir.

"Molla Nəsrəddin təkcə gülüş və satiranın deyil, həm də zəka, ironiya və cəmiyyətin dərdlərinə bədii cavabın simvoludur. Onun obrazını ekranlaşdırmaq mənim üçün həm böyük məsuliyyət, həm də mənəvi borcdur. Qarabağ torpağında bu filmi çəkmək isə əsl mədəni dirçəlişin göstəricisidir", - Vaqif Mustafayev bildirib.

Layihə TÜRKSOY tərəfindən rəsmi şəkildə dəstəklənmiş və 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 40-cı iclasında qəbul edilib.

Filmin istehsalı 2023-cü ildə yaradılmış "Nasreddin Production" MMC tərəfindən, TÜRKSOY ölkələrinin mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilir. Filmin çəkilişlərində C.Cabbarlı adına "Azərbaycanfilm" kinoteatrının pavilyonlarından da istifadə olunur. Çəkilişlər Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da davam etdiriləcək.

"Bu layihə türk dünyasında ilk dəfə olaraq bütün türkdilli ölkələrin birgə əməkdaşlığı ilə ərsəyə gələn bədii filmdir. Biz təkcə Molla Nəsrəddin irsini yenidən yaşatmırıq, həm də türk dünyasının tanınmış prodüserləri ilə sıx əlaqə quraraq mədəni körpülər yaradırıq. Bu əməkdaşlıq xalqlarımızı ortaq dəyərlər ətrafında birləşdirir və Qarabağda çəkilən bu film gələcək nəsillər üçün həm tarixi, həm də mənəvi bir yadigar olacaq.

Bu beynəlxalq miqyaslı layihə türk dünyasının ortaq mədəni dəyərlərini bir araya gətirməklə yanaşı, Qarabağın bədii və tarixi simasının kino vasitəsilə tanıdılmasına mühüm töhfə verir", - Zaur Darabzadə bildirib.скачать dle 11.3
Mojo.az Banner