Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

Almaniyanın üç vilayətində polis reydləri: Dövlət çevrilişində şübhəli bilinən şəxslər HƏBS EDİLİB

07.08.2025 14:09 552
Almaniyanın üç vilayətində polis reydləri: Dövlət çevrilişində şübhəli bilinən şəxslər HƏBS EDİLİB
Almaniyanın Bavariya əyalətində üç kişi həbs edilib və onlar Henrix XIII Şahzadə Roys ətrafındakı radikal "reyxsbyurqerlər" şəbəkəsi ilə əlaqədə şübhəli bilinirlər.

Bu barədə "BİLD na russkom" "Telegram" kanalı məlumat verib.

Bavariya Kriminal Polis İdarəsinin məlumatına görə, saxlanılanlar terror təşkilatının ehtimal edilən üzvləridir və istintaqın qənaətincə, mövcud dövlət sistemini zorakılıqla devirməyi və onu öz sistemləri ilə əvəz etməyi planlaşdırıblar.

"Genişmiqyaslı araşdırma çərçivəsində yeni fiqurantlar müəyyən edilib ki, onlar ya qruplaşmaya dəstək veriblər, ya da hazırlıq işlərində iştirak ediblər", - deyə müstəntiqlər bildiriblər.

Bundan əlavə, söhbət 2022-ci ilin aprelində Bayroyt yaxınlığındakı keçmiş Bundesver atış poliqonunda keçirilən silahlı təlimdən də gedir ki, orada altı nəfər - 40-61 yaşlarında kişilər və bir qadın iştirak edib.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, bu atışmaların məqsədi Bundestaq binasına hücuma hazırlıq ola bilərdi. Bu motiv rəsmi olaraq iş materiallarında əksini tapıb.

Qeyd edək ki, avqustun 7-də səhər saatlarında eyni anda üç federal ərazidə reydlər və axtarışlar aparılıb: Bavariya, Saksoniya və Tyuringiya. Ümumilikdə, səkkiz axtarış həyata keçirilib - yeddisi təqsirləndirilən şəxslərin, biri isə şahidin ünvanında.скачать dle 11.3
Mojo.az Banner