Mojo.az Banner
13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məhkəmə sədri özünə etiraz edib

05.08.2025 11:45 945
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib
Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına verilən iş üzrə özünə etiraz edib.

Median.Az
"Trend"ə istinadla xəbər verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olub və "Elektron məhkəmə" informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun icraatına verilib.

Sədr Neftçala şəhərində özünəməxsus yaşayış yeri olmadığına görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabr aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə görə çıxmalı olub.

Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16 oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən, haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir məlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə məxsus mənzildən çıxıb başqa evə köçüb.

Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq, obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu, lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə, qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli olduğunu bildirib.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə etirazı qəbul edilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin edilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner