Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tayvanda güclü yağışlar nəticəsində üç nəfər ölüb, 50 nəfərə yaxın yaralı var

04.08.2025 19:38 1 122
Tayvanda güclü yağışlar nəticəsində üç nəfər ölüb, 50 nəfərə yaxın yaralı var
Tayvanda güclü yağışlar nəticəsində üç nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.

Bu barədə xarici KİV məlumat yayıb.

"Cənub-qərb hava axınının təsiri altında Mərkəzi və Cənubi Tayvan bir neçə gündür ki, güclü yağışlardan əziyyət çəkir, nəticədə ən azı üç nəfər həlak olub, 49 nəfər yaralanıb və genişmiqyaslı fəlakətlər baş verib", - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, Pindun bölgəsində son yeddi gün ərzində 2 min mm-dən çox yağıntı düşüb, nəticədə yolları su basıb və bir çox yerlərdə torpaq sürüşmələri baş verib. 800-dən çox insan təxliyə edib.

Bundan əlavə, Qaosyun şəhərinin bəzi hissələrində bir gün ərzində 700 mm-dən çox yağıntı düşüb, nəticədə 3,1 mindən çox insan təxliyə edilib. Meteorologiya İdarəsi Tayvanın cənub bölgələrində güclü yağışların və küləkli havanın davam edəcəyini proqnozlaşdırır.скачать dle 11.3

Son xəbərlər