Mojo.az — elanlar
Son Xəbərlər
22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |    
Mojo.az Avto
Mojo.az Avto

"Sabah" və "Araz-Naxçıvan"ın cavab oyunlarının hakimləri müəyyənləşdilər

01.08.2025 18:13 687
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar bəlli olub.

"Sabah"ın Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirəcəyi matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Mikola Balakinə Oleksandr Berkut və Viktor Matyaş kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksiy Derevinski, AVAR-da Klim Zabroda əyləşəcəklər.

"Araz-Naxçıvan"ın Kiprdə "Omoniya"ya qarşı keçirəcəyi görüşdə isə Danimarkadan olan ədalət qoruyucuları söz sahibi olacaqlar. Baş hakim Yakob Kehletə Lars Hummelqaard və Martin Markus yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Kroq əyləşəcəklər.

Qeyd edək ki, "Sabah" - "Levski" matçı saat 20:00-da, "Omoniya" - "Araz-Naxçıvan" qarşılaşması isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Son xəbərlər