Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

DİM-dən imtahan qaydalarını pozan şəbəkənin ifşa olunması ilə bağlı AÇIQLAMA

30.07.2025 13:11 981
DİM-dən imtahan qaydalarını pozan şəbəkənin ifşa olunması ilə bağlı AÇIQLAMA
"KİV-də imtahan prosesi qaydalarının pozulması ilə məşğul olan müəyyən şəbəkələrin ifşa olunduğuna, kimlərinsə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarına dair məlumatlar yayılır. Dövlət İmtahan Mərkəzi bütün imtahanlarda qaydaların pozulmasının qarşısının alınması, şəffaflıq üçün tədbirlər görür".

Median.Az
APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Aparat rəhbəri bildirib ki, hər imtahandan sonra qayda pozuntuları barədə ictimaiyyətə məlumatlar təqdim olunur:

"Birinci növbədə bunu abituriyentləri, valideynləri maarifləndirmək, xəbərdarlıq üçün edirik. İmtahan qaydalarını pozanlar vaxtından, yerindən asılı olmayaraq, aşkar olunduğu zaman həmin pozuntunun səviyyəsinə uyğun olaraq imtahan nəticələrinin ləğv olunmasınadək tədbirlər görülür.

Müəyyən qayda pozuntuları var ki, hüquqi məsuliyyət yaradır və ona adekvat tədbirlərin görülməsi bizdən tələb edilir".

V.Misirov vurğulayıb ki, mobil "Wi-Fi" sistemi olan qurğular, mikro-qulaqlıqlar, kameralar, mikrofonlardan istifadə edən şəxslər düşünürlər ki, bu sui-istifadə yolu ilə müəyyən bal toplaya bilərlər.

O bildirib ki, bu hallar aşkarlanıb və hüquq-mühafizə orqanlarına müraciət edilib:

"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər. Bizə vacib olan məsələ bu işin təşkilatçılarıdır. Həmin şəbəkə ifşa olunub. Onlar istintaqa cəlb ediliblər. Prosesin nəticələri barədə istintaq başa çatdıqdan sonra DİM tərəfindən ətraflı məlumat veriləcək", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner