Mojo.az Banner
16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Polşada azərbaycanlı tələbəyə HÜCUM: "Səfirliyə zəng etdim, heç kim cavab vermədi"

30.07.2025 12:56 1 410
Polşada azərbaycanlı tələbəyə HÜCUM:
"Bir neçə saat əvvəl Polşanın Varşava şəhərində, evimdən təxminən 500 metr məsafədə durduğumuz yerdə 10-15 nəfərlik irqçi bir qrup qəfil üstümüzə gəlib gözyaşardıcı qaz sıxdı. Hadisə zamanı gözümüzü aça bilmədik, nəfəs almaqda çətinlik çəkdik. Hücum edən şəxslər hadisədən sonra qaçıb getdilər. Daha sonra polis və təcili yardım gəldi".

Bunu Polşada yaşayan azərbaycanlı tələbə İbrahim Talışınski sosial şəbəkədə paylaşıb.

Onun sözlərinə görə, ambulans əməkdaşları onları xəstəxanaya aparmayıb və səbəb olaraq bildiriblər ki, gözyaşardıcı qaz hücumuna görə yalnız ilkin tibbi yardım göstərirlər:

"Bir qədər özümüzə gəldikdən sonra Türkiyə vətəndaşı olan dostum dərhal ölkəsinin səfirliyinə zəng etdi və cavab aldı. Ardınca ümumdünya Türkiyə vətəndaşları üçün olan qaynar xətti yığdı və oradan da dərhal cavab verildi. Təxminən 10 dəqiqədən sonra yanımızdakı polisə zəng gəldi və bizimlə qışqıra-qışqıra danışan polislər həddindən artıq sakitləşdilər. Sanki vəziyyəti ört-basdır etmək istəyirdilər".

"Təbii ki, polşalılarla bağlı şikayətləri müvafiq qurumlara bildirəcəyik. Amma mənim əsas şikayətim Azərbaycandakı qurumlarla bağlıdır. Mən 22 yaşlı tələbəyəm və belə ciddi bir hadisə yaşamağıma baxmayaraq, cavab verməyəcəyini hələ zəng etməmişdən əvvəl bildiyim, amma yenə də bir ümidlə Polşadakı Azərbaycan səfirliyinə zəng etdim. Lakin heç kim cavab vermədi. Dedim bəlkə bizdə də "ümumdünya azərbaycanlıları üçün bir qaynar xətt" var. İnternetdə axtardım, yalnız Azərbaycan nömrəsi qeyd olunmuşdu. Əziyyət çəkib "roaming" açdım, zəng etdim, yenə də cavab verən olmadı", - deyə şikayətçi bildirib.

Zərərçəkən bu hadisədən sonra ciddi sağlamlıq problemi yaşadığını qeyd edib:

"Xəstəxanada mənə bildirdilər ki, yeddi faiz görmə qabiliyyətini birdəfəlik itirmişəm".

Qeyd edək ki, Azərbaycanın Polşadakı səfirliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.скачать dle 11.3
Mojo.az Banner