Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Yer kürəsi sakinlərini ən uzun günəş tutulmalarından biri gözləyir: Harada və nə vaxt izləmək olar?

30.07.2025 12:48 1 089
Yer kürəsi sakinlərini ən uzun günəş tutulmalarından biri gözləyir: Harada və nə vaxt izləmək olar?
İnternetdə 2 avqust 2025-ci ildə tam Günəşin tam şəkildə tutulması səbəbindən dünyanın altı dəqiqəlik qaranlığa qərq olacağına dair virus məlumatlar yayılır. Lakin ekspertlər bu şayiələri təkzib edib, NASA-nın məlumatları isə tam Günəş tutulmasının iki ildən sonra - 2 avqust 2027-ci ildə baş verəcəyini göstərib.

Bu barədə Oxu.Az KP.ru-ya istinadən xəbər verir.

Bildirilir ki, 2 avqust 2027-ci ildə baş verəcək tam Günəş tutulması 21-ci əsrdə ən uzun müddətli tutulma olacaq. Tutulma 6 dəqiqə 22 saniyə davam edəcək ki, bu da 1991-ci ildə baş verən daha əvvəlki tutulma ilə müqayisədə daha uzunmüddətlidir. Tutulma 258 km enində dar zolaq kimi görünəcək və Yer səthinin 15227 km-ni əhatə edəcək.

Tutulma 11 ölkədən keçəcək: İspaniya, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali. Orada səma qaralacaq, amma tam qaranlıq çökməyəcək. Qismən tutulma Afrika, Avropa və Cənubi Asiyada görünəcək, lakin Şimali Amerika və digər bölgələrdə baş verməyəcək.

Tam Günəş tutulması Ayın Günəşlə Yerin arasında olduğu və günəş diskini tamamilə örtdüyü zaman baş verir. Bu zaman Günəş tacını - onun atmosferinin xarici hissəsi görmək mümkün ola bilər ki, bu, adətən parlaq işıqla gizlənir. Tutulma bir neçə dəqiqə davam edir və Yer üzündə ancaq dar bir zolaqdan görünür.

2025-ci il sentyabrın 21-də baş verəcək Günəş tutulması isə qismən olacaq ki, bu zaman Ay Günəş diskini tam şəkildə örtməyəcək. Günəş aypara kimi görünəcək və bu da qeyri-adi vizual effekt yaradacaq.

Son xəbərlər