Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN: Söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub

29.07.2025 21:22 1 035
FHN: Söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub
Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması bariz yanğın təhlükəsi yaradır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində qeyd olunub.

Bildirilib ki, hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur:

"Qeyd etmək lazımdır ki, belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib. Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırma nəticəsində, vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib. Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib".

Məlumatda qeyd olunub ki, analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır:

"Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir. Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir".скачать dle 11.3
Mojo.az Banner