Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentdən Naxçıvanla bağlı vacib SƏRƏNCAM

29.07.2025 15:04 756
Prezidentdən Naxçıvanla bağlı vacib SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, sərəncamla tədbirlər planında "Əsas icraçı orqan (qurum)" sütununa "(qurum)" sözündən sonra "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri əlavə ediləcək.

Həmçinin gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılmasını Dövlət Gömrük Komitəsi (DGK) ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Azərbaycan Dəmir Yolları icra edəcək.

Müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanmasında digər icraçı qismində Elm və Təhsil Nazirliyi də iştirak edəcək.

Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində əsas icraçı orqan (qurum) Naxçıvan Nazirlər Kabineti ilə yanaşı AAYDA olacaq.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.скачать dle 11.3
Mojo.az Banner