Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib

28.07.2025 20:59 1 194
Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib
Son on ildə Azərbaycan əsas geostrateji oyunçu kimi özünü təsdiqləyib.

Bu barədə Almaniya nəşri "Berliner Zeitung"un analitik materialında deyilir.

"Son on ildə Bakı özünü mühüm geostrateji oyunçu kimi göstərib. Söhbət təkcə neft və qazdan getmir. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib - hətta Avropa İttifaqı (Aİ) və NATO Bakını "etibarlı tərəfdaş" adlandırır", - məqalədə qeyd olunub.

Müəllif iddia edir ki, Azərbaycan regional gücə çevrilməyə çalışır: "Azərbaycan Şərqi Mərkəzi Avropada Polşa, Cənubi Amerikada Braziliya və ya Cənub-Şərqi Asiyada İndoneziya kimi regional gücə çevrilməyə çalışır. Bu, onun ölkəni əhatə edən regional hegemonlarla münasibətlərində özünü göstərir".

Məqalədə həmçinin Azərbaycanın həm Almaniya, həm də bütün Aİ üçün enerji təchizatçısı kimi mühüm rolu vurğulanır.

"Ukraynada müharibənin başlanması ilə ölkə (Azərbaycan - red.) özünü Rusiyaya alternativ kimi təqdim edib. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müşahidəçilərə aydın oldu ki, enerji məsələləri gündəmə gələndə Azərbaycan Çempionlar Liqasında oynayır. Qərbin enerji şirkətlərində qərar qəbul edən şəxslər belə iddia edirlər", - müəllif əlavə edib.

Bundan əlavə, materialda Azərbaycanın öz əzəli ərazilərini - Qarabağ bölgəsini qaytarmasının ölkəni gücləndirdiyi qeyd olunur.

"İndi Azərbaycan rəhbərliyi uzunmüddətli sabitliyin qorunmasına, Qərbi Avropa və ABŞ-nin ictimai diskursunda tanınmağa diqqət yetirəcək. Beləliklə, ölkə əvvəllər diqqət çəkməyən bir çox digər inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nümunə ola bilər", - “Berliner Zeitung” vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner