Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Lerikdə kişi qayınanası ilə tutuldu: "18 ildir sevgiliyik"

26.07.2025 14:00 3 528
Lerikdə kişi qayınanası ilə tutuldu:
Lerikdə 42 yaşlı kişi qayınanasına yaşadığı evdə təcavüz edib.

Median.Az
"Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 17-də Lerik rayonunun kəndlərindən birində baş verib.

1983-cü il təvəllüdlü Lerik rayon sakini Amal həmin gün saat 13 radələrində yaşadığı evdə qaynanası Əsmərin (adlar şərti verilib - red.) qarşısını kəsib. Onun biləyindən tutaraq otağa keçməsini tələb edib. Qadın kürəkəninin tələbinə etiraz edib, müqavimət göstərib. Amal isə zorla qayınanasını otağa salıb və qapını arxadan kilidləyib.

Daha sonra onu yerə yıxaraq yumruqla sağ gözünün altından almacıq sümüyü nahiyəsinə zərbələr endirib və zorla üzü üstə çevrilməsini tələb edib. Qayınanasını soyunduran kürəkən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və digər seksual xarakterli zorakılıq hərəkətləri həyata keçirib.

İstintaq orqanı Amal barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə, belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) ilə ittiham elan edib.

"Qayınanamla sevgili olmuşuq"

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində bildirib ki, 2006-cı ildə Nazilə ilə ailə həyatı qurub və onların 4 övladı var:

"Zərərçəkmiş mənim qayınanamdır. Onunla aramızda sevgi münasibətləri olub. 2024-cü il sentyabrın 17-də Bakı şəhərindən kənddəki evə gəldim. Qayınanam evdə tək idi. Onunla otaqda qeyri-təbii yolla cinsi əlaqədə olan vaxtı oğlum İslam bizi gördü. Bundan sonra sevgi münasibətlərimizin üstü açıldı.

Qayınanamla aramızda 18 ildir cinsi münasibətlər olub. Lakin heç vaxt tutulmamışıq. Hadisə günü arvadım bizim bu münasibətlərimizdən xəbər tutdu və evdə səs-küy saldı".

Təqsirləndirilən şəxs bildirib ki, qayınanası ilə könüllü cinsi əlaqədə olub:

"Ona zor tətbiq etməmişəm. Lakin hadisə aşkar olunduğu üçün Əsmər özünü təmizə çıxarmaq məqsədilə şikayət etmişdir ki, guya ona zorakılıq göstərmişəm".

"Dedi ki, neçə ildir sənin üçün ölürəm"

Zərərçəkmiş qismində ifadə verən Əsmər bildirib ki, kürəkəni ilə aralarında narazılıq və ziddiyyət olmayıb:

"Sentyabrın 17-də Amal Bakı şəhərindən gəldi, nahar edib araq içdi. Mən saat 13 radələrində işlədiyim kənd məktəbindən nahar fasiləsi üçün evə gəlmişdim. Nahar zamanı qızım məktəbdən gələn övladlarını qarşılamaq üçün evdən çıxdı. Evdə isə kürəkənimlə mən qaldım.

Nahar bitdikdən sonra kürəkənim qarşımı kəsdi, sağ qolumun bilək nahiyəsindən tutdu və otağa keçməyimi tələb etdi. Mən niyə yan otağa keçməli olduğumu soruşdum. Dedi: "Neçə ildir sənin üçün ölürəm, fürsət tapa bilmirdim". Yenidən məni otağa salmağa çalışdı. Mən ona müqavimət göstərdim".

Zərərçəkmiş bildirib ki, Amal onu otağa salıb, qapını bağladıqdan sonra fiziki zor tətbiq edib və yerə yıxıb:

"Məndən təkidlə üzü üstə çevrilməyimi tələb etdi. Əynində olan şalvarını çıxartdı. Ona narazılığımı bildirdim. Qollarımı özünə tərəf dartaraq məni döşəməyə uzatdı. Qışqırsam da, köməyimə gələn olmadı. Zor tətbiq edərək qeyri-təbii yolla mənimlə cinsi əlaqəyə girdi".

"Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü"

Əsmər deyib ki, bu zaman nəvəsi İslam evə gəlib və qapını açmaq istəyib:

"Amal oğlundan qapını açmamağı tələb etdi. Mən qışqırmağa başlayanda uşaq qaçaraq oradan uzaqlaşdı. Uşaqların gəldiyini dedim, kürəkənimdən məni buraxmasını istədim. O buna məhəl qoymadı.

Nəvəmin köməyə çağırdığı anası və digər nəvələrim qapının qarşısına yığışdılar və qapının açılmasını tələb etdilər. Qızım qapını zorla açaraq içəri girdi. Məni və kürəkənimi yarıçılpaq vəziyyətdə gördü. Qızım ərindən nə səbəbə belə bir iş tutduğunu soruşdu. Kürəkənim izah verə bilmədi".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amal 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.скачать dle 11.3
Mojo.az Banner