Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Husilər İsrailin dörd şəhərinə zərbələr endirdiklərini bəyan ediblər

26.07.2025 13:04 1 080
Husilər İsrailin dörd şəhərinə zərbələr endirdiklərini bəyan ediblər
Yəmənin "Ənsar Allah" hərəkatının formalaşdırdığı silahlı qüvvələr ballistik raket və üç pilotsuz uçuş aparatından istifadə edərək İsraildə bir neçə hədəfə zərbələr endirib.

Bunu husilərin rəsmi nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində deyib.

Onun iddiasına görə, "Fələstin-2" tipli hipersəsli raket Beer-Şeva bölgəsindəki "həssas obyekt"ə buraxılıb. Bundan əlavə, dronlar Eylat, Aşkelon və Haderadakı hədəflərə hücum edib.

Y.Sariya bütün hücumların hədəflərinə çatdığını bildirib.

Öz növbəsində, İsrail Müdafiə Ordusu iyulun 25-i axşam saatlarında Yəməndən atılan bir raketin zərərsizləşdirildiyini bəyan edib. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Son xəbərlər