Mojo.az Banner
Left Banner
Right Banner

Qazaxıstanda hərbi helikopter radarlardan itib

25.07.2025 21:13 876
Qazaxıstanda hərbi helikopter radarlardan itib
Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.

Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

"100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner