Mojo.az — elanlar
Son Xəbərlər
22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Tailand Kambocanı münaqişə zamanı süni intellektdən istifadədə ittiham etdi

24.07.2025 16:27 1 014
Tailand Kambocanı münaqişə zamanı süni intellektdən istifadədə ittiham etdi
Tailand hakimiyyəti Kambocaya qarşı hərbi uğurların saxta fotolarını yaratmaq üçün süni intellektdən istifadə etdiyinə görə sərt ittiham irəli sürüb.

Median.Az
-ın "Thairath"a istinadən verdiyi xəbərə görə, bu bəyanat iki ölkə sərhədində vəziyyətin gərginləşməsi fonunda verilib.

İttihamlara səbəb Kamboca sosial şəbəkələrində və hərbçilər arasında Tailandın vurulmuş "F-16" qırıcısını əks etdirən görüntünün yayılması olub. Tailand tərəfi bu məlumatı qəti şəkildə təkzib edərək bildirib ki, patrulda olan altı döyüş təyyarəsinin hamısı təhlükəsiz şəkildə bazaya qayıdıb.

Tailand-Kamboca sərhədində vəziyyətin idarə olunması üzrə xüsusi mərkəzin nümayəndəsi Cirayu Huanqsapın sözlərinə görə, bu görüntü süni intellektin köməyi ilə yaradılmış aşkar saxtakarlıqdır. O, belə xəbərlərin Kamboca ordusunda əhvali-ruhiyyəni yüksəltmək üçün yaradıldığını bildirib.

Davam edən qarşıdurma fonunda Tailand hakimiyyəti Buriram, Surin, Sisaket və Ubonraçathani də daxil olmaqla sərhəd əyalətlərindən mülki insanları təxliyə edir.

Son xəbərlər