Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisi yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib

23.07.2025 13:15 1 110
Yol polisi yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.

Bu barədə İdarədən məlumat verilib.

Qeyd olunub ki, son günlər yük avtomobillərinin iştirakı ilə aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir:

"Ağır fəsadlarla müşayiət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadalanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.

Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!"скачать dle 11.3
Mojo.az Banner