Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Parklanma qiymətləri illik olacaq? - VACİB AÇIQLAMA

17.07.2025 22:30 663
Parklanma qiymətləri illik olacaq? - VACİB AÇIQLAMA
Bakıda avtomobil sahiblərinin narazılıq mövzusuna çevrilən “park etmə haqqı” məsələsi ilə bağlı yeni təkliflər gündəmə gəlir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu haqqın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödənişə çevrilməsi təklif olunur.

Bəs bu ideya nə dərəcədə realdır?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Konkret.az"a açıqlamasında bildirib ki, Azərbaycanda “park etmə haqqı”nın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödəniş formasına keçirilməsi hazırda mümkün deyil.

Ekspertin sözlərinə görə, parklanma qiymətləri yerindən asılı olaraq dəyişir və bu səbəbdən illik ödəniş mexanizmini tətbiq etmək çətindir:

“Parklanma fərqli yerlərdə fərqli qiymətədir. İnsan öncədən təxmin edə bilməz ki, ildə nə qədər və harada avtomobilini park edəcək. Ona görə də illik ödənişin müəyyənləşdirilməsi real görünmür.”

Mustafayev qeyd edib ki, park yerlərinin pullu olması bəzi sürücülər tərəfindən narazılıqla qarşılanıb, lakin məqsəd əlavə gəlir toplamaq deyil, boş parklanma yerlərinin təşkilidir.

“Əvvəllər bir vətəndaş avtomobilini səhərdən axşama qədər eyni yerdə saxlayır, qarşılığında qeyri-leqal çalışan şəxsə cüzi məbləğ verirdi. Nəticədə isə başqa bir vətəndaş qısa müddətli iş üçün yer tapa bilmirdi. İndi isə sürücülər düşünür ki, minimum xərclə maşını park etsinlər. Bu da əlavə yerlərin yaranmasına səbəb olur.”

Ekspert əlavə edib ki, bəzi ərazilərdə yer tapmaq çətin olduğu üçün qiymətlər artırılmalıdır:

“Boş olmayan yerlərdə qiymətləri qaldırmaq lazımdır ki, sürücülər çox pul ödəməmək üçün o yerlərdə maşını uzun müddət saxlamasınlar. Bu halda daha çox sürücü üçün yer açılar və parklanma nizamlanar.”скачать dle 11.3

Son xəbərlər