Mojo.az Banner
22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |     21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:48 "Oleq Bakınski"nin ölkəyə giriş və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |    
Left Banner
Right Banner

BP Azərbaycanda iki yeni layihə üzrə müqavilələr imzalayıb

16.07.2025 19:01 876
BP Azərbaycanda iki yeni layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan SOCAR-KBR MMC Böyük Britaniya şirkəti BP ilə Azərbaycanda iki yeni layihə üzrə iki müqavilə imzalayıb.

Bu barədə Median.Az KBR-in məlumatına istinadən xəbər verir.

“Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, - məlumatda deyilir.

Müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək.

“Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, - məlumatda qeyd olunub.

“KBR-nin layihələndirdiyi, Azərbaycan ilə Avropa arasında mühüm əlaqə həlqəsi - “Səngəçal” terminalı ölkəyə milli enerji şəbəkəsinə keçid etməyə və emissiyaları azaltmağa imkan verəcək. “Şahdəniz” yatağında kompressor stansiyası layihəsi təhlükəsiz və səmərəli həllərin təqdim edilməsində növbəti mərhələni təmsil edir”, - “KBR Sustainable Technology Solutions”ın prezidenti Cey İbrahim bildirib.

SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.

Bildirildiyi kimi, BP, SOCAR və “Səngəçal” neft-qaz terminalının digər investorları onun elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyiblər. Layihə terminalın "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün həm terminalın ərazisində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV elektrik yarımstansiyası inşa ediləcək. Gözlənilir ki, bu layihələrin həyata keçirilməsi Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan yaradılacaq. Terminalda hazırda elektrik enerji istehsalı üçün 7 qaz turbinindən istifadə edilir ki, elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və istifadə olunmayan yanacaq qaz həcmləri ixraca yönəldiləcək.

BP şirkətinin həyata keçirəcəyi və idarə edəcəyi 230 milyon dollarlıq STEL layihəsi üçün isə tikinti işlərinin bu il başlanması planlaşdırılır və I mərhələnin 2027-ci ilin ortalarında, II mərhələnin isə 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

“Şahdəniz”yatağının işlənməsi layihəsinin səhmdarları SDC kompressor platformasının tikintisi üzrə 2025-ci il iyunun 4-də Bakıda yekun investisiya qərarını (FID, final investment decision) imzalayıblar. 2,9 milyard dollar dəyərində SDC layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihənin məqsədi yataqda aşağı təzyiqli qaz ehtiyatlarının əlçatanlığını və onların hasilatını təmin etməkdir. Bu da yatağın maksimum qaz hasilatına nail olmağa imkan verəcək. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək. Yeni platformanın tikintisinin 2025-ci ildə başlanması planlaşdırılır. BP SDC platformasını 2029-cu ildə istismara verməyi nəzərdə tutur.скачать dle 11.3
Mojo.az Banner