Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi qulluqçuların pensiyalarında dəyişiklik olacaq?

14.07.2025 13:08 1 455
Hərbi qulluqçuların pensiyalarında dəyişiklik olacaq?
Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.

Median.Az
xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:

"Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək".

Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq.скачать dle 11.3

Son xəbərlər