Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Erkən evliliyə rəvac verənlər cəzalandırılacaqlar - Qərar iyulun 1-dən qüvvəyə MİNİR

30.06.2025 11:31 1 083
Erkən evliliyə rəvac verənlər cəzalandırılacaqlar - Qərar iyulun 1-dən qüvvəyə MİNİR
İyulun 1-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik qüvvəyə minir.

Ötən il iyulun 23-də Prezident İlham Əliyev dəyişikliklə bağlı müvafiq qanunu imzalayıb, bununla da məcəlləyə yeni maddə əlavə edilib.

176-2-ci maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Eyni zamanda, Məcəlləyə 189-2-ci maddə də əlavə olunub.

Bu maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilirlər.

Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, bu maddədə "erkən evlilik" dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Bununla yanaşı, Məcəlləyə əlavə edilən 189-3.1-ci maddədə bildirilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir.

Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.скачать dle 11.3

Son xəbərlər