Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin 41 vilayətində FETÖ-yə qarşı əməliyyat: 176 hərbçi barəsində həbs qərarı

24.06.2025 13:10 1 203
Türkiyənin 41 vilayətində FETÖ-yə qarşı əməliyyat: 176 hərbçi barəsində həbs qərarı
Türkiyədə İstanbul və İzmir Respublika Prokurorluqları tərəfindən aparılan istintaq çərçivəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən, ümumilikdə 176 hərbi qulluqçu (onlardan 174-ü aktiv fəaliyyətdə olub) barədə həbs qərarı çıxarılıb.

Median.Az
bu barədə "Anadolu" agentliyinə istinadla xəbər verir.

İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada qeyd olunub ki, FETÖ üzvlərinin bir qismi hələ də Türkiyə Silahlı Qüvvələri sıralarına sızmağa davam edir və onların hamısı hələ ifşa edilməyib.

Əməliyyatlar İstanbul, İzmir və ümumilikdə 41 digər vilayəti əhatə edib. Saxlanılan şəxslər arasında polkovnik, polkovnik-leytenant, mayor, kapitan, leytenant və çavuş rütbəli hərbi qulluqçular da yer alır. Onların FETÖ ilə əlaqələri smartfonlar vasitəsilə müəyyən olunub.

Ümumilikdə barələrində həbs qərarı çıxarılan 176 nəfərdən 158-i artıq saxlanılıb. Digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3

Son xəbərlər