Mojo.az Banner
23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |     21:07 Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi  |     21:02 Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq  |     20:59 Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər  |     20:56 Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu  |     20:52 Azərbaycanda baş verən qida zəhərlənmələri araşdırıldı: Bakteriyalar aşkar olundu - FOTO  |    
Left Banner
Right Banner

AYNA: 16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib

19.06.2025 19:53 504
AYNA: 16 sürücü barəsində inzibati xəta protokolu tərtib edilib
Azərbaycanda 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu qədər sürücü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) keçirdiyi birgə reyddə cərimlənib.

Reydin məqsədi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarına dair daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu sahədə maarifləndirilməsi olub.

Reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartlarının mövcudluğu yoxlanılıb.

Bildirilib ki, 20 yük nəqliyyat vasitəsi sürücüsündən 2-sinin, 21 sərnişindaşıma təyinatlı nəqliyyat vasitəsinin sürücüsündən isə 9-unun müvafiq sənədlərə malik olduğu müəyyən edilib. 14 sürücüyə bildiriş verilib və onlar reysqabağı texniki yoxlamadan keçirilmə ilə bağlı maarifləndirilib.

Buraxılış kartı və buraxılış vəsiqəsi olmayan 11, sərnişin daşımalarında istifadə olunan formulyarın doldurulmaması ilə bağlı 5-i olmaqla, ümumilikdə 16 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici reydlər davam etdirilir.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin tələblərini yerinə yetirmək məqsədilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılara nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı formulyar doldurmaq tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner