Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda saxlanılan Calal Arutyunyana HÖKM OXUNDU

18.06.2025 17:14 1 062
Ermənistanda saxlanılan Calal Arutyunyana HÖKM OXUNDU
Apellyasiya Məhkəməsi Ermənistanın Qarabağdakı işğalçı kontingentinin keçmiş komandiri Calal Arutyunyanın hökmünü qüvvədə saxlayıb - onu 5.5 il həbs gözləyir.

Bu barədə Ermənistan KİV məlumat verib.

Bu ilin fevralında Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Arutyunyanı 5.5 il müddətinə azadlıqdan məhrum edib.

Arutyunyana qarşı 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı iki epizod üzrə iş açılıb. Bunlardan biri oktyabrın əvvəlində cənubda həyata keçirilən və erməni tərəfi üçün uğursuz nəticələnən əks-hücum əməliyyatına aiddir. İstintaqın məlumatına görə, Arutyunyanın hərəkətləri canlı qüvvə və zirehli texnikanın böyük itkisinə səbəb olub, ehtiyatda olan qüvvələr yararsız hala düşüb, atəş mövqeləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Digər epizod 2020-ci il oktyabrın 12-də Füzuli yaxınlığında artilleriya diviziyasının şəxsi heyətinin məhv edilməsi ilə bağlıdır. İttihama əsasən, bölmənin hərbçiləri, o cümlədən komandanlığın və xüsusən də Arutyunyanın yanlış məlumatları nəticəsində mühasirəyə alınıb.

İttihamlar irəli sürüldükdən sonra o, 2022-ci ilin sentyabrında həbs edilib.

Xatırladaq ki, Calal Arutyunyan 44 günlük müharibənin əsas dövründə - 2020-ci il oktyabrın 27-dək ağır yaralanana qədər Qarabağda işğalçı Ermənistan qoşunlarına rəhbərlik edib. Bundan sonra komandanlıq general Mikael Arzumanyana keçib.

Son xəbərlər