Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

17.06.2025 16:25 1 104
Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
"Rusiyalıların İrandan evakuasiyası əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsi vasitəsilə həyata keçirilir".

Median.Az
-ın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

O, İranda nə qədər Rusiya vətəndaşının qaldığı və onların nə qədərinin təxliyə olunmaq istədiyinə dair suala cavab verib.

"Çıxış əsasən vətəndaşlarımızın Azərbaycanla sərhəddəki keçid məntəqəsinə çatdırılması yolu ilə həyata keçirilir. Azərbaycanlı dostlarımız bu proses üçün əlverişli şərait yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya vətəndaşlarının koordinasiyası və evakuasiyası ilə bağlı işlər fasiləsiz davam etdirilir:

"Səfirlik diqqət mərkəzində olan vətəndaşların dəqiq sayını bilir, kimlərin təxliyə olunmaq istədiyini müəyyənləşdirib və onların təhlükəsizliyini yaxından izləyir ki, heç bir risklə üzləşməsinlər", - deyə Kremlin sözçüsü qeyd edib.

Rusiyanın Tehrandakı səfirliyinin məlumatına görə, 14-15 iyun tarixlərində azı 313 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub: 14 iyunda - Fyodor Bondarçukun çəkiliş qrupu da daxil olmaqla 88 nəfər, 15 iyunda - uşaqlar da daxil olmaqla 225 nəfər evakuasiya edilib. Təxliyə olunanlar sırasında Rusiya xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, Çaykovski adına Böyük Simfonik Orkestrin artistləri və digər Rusiya vətəndaşları yer alır.скачать dle 11.3

Son xəbərlər