Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

14.06.2025 22:00 729
Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır
"Apple" şirkətinin həmtəsisçisi, milyarder Stiv Cobsun fikrincə, uğura aparan yol dar ixtisaslaşmadan deyil, müxtəlif təcrübələrdən keçir. Maraqlıdır ki, müasir elmi araşdırmalar da bu yanaşmanı təsdiqləyir.

Ənənəvi yanaşmaya görə, insan nə qədər tez müəyyən bir sahəyə fokuslansa, bir o qədər uğura çata bilər. Lakin Inc.com-un yazdığına əsasən, Cobs bu fikirlə razı deyil və hesab edir ki, dar baxış tərzi insanı məhdud qərarlar verməyə vadar edir.

Vərdişin və bacarıqların formalaşmasında müxtəliflik önəmlidir

2020-ci ildə "Journal of Sports Sciences" jurnalında dərc olunmuş araşdırma göstərib ki, müxtəlif idman sahələrində təcrübəsi olan idmançılar, eyni məşq müddəti ərzində, daha sürətlə bacarıq qazanırlar. Eyni prinsip karyera inkişafı üçün də keçərlidir.

Məsələn, bir araşdırmada müəyyən olunub ki, karyerasına erkən başlayanlar qısa müddətdə daha çox qazansalar da, daha gec ixtisaslaşan şəxslər öz bacarıq və şəxsiyyətlərinə daha uyğun iş tapmaqla bu fərqi qapatmağı bacarırlar.

Stiv Cobs bu barədə belə deyirdi: "Sənayemizdə bir çox insanın təcrübəsi kifayət qədər müxtəlif deyil. Bu da onların məsələlərə dar çərçivədən yanaşmasına və xətti həll yolları təklif etməsinə səbəb olur".

Uğur hər yaşda mümkündür

Yaxın keçmişdə aparılmış digər bir araşdırmada 2,7 milyon startap analiz olunub və müəyyən olunub ki, ən uğurlu texnoloji startapların təsisçilərinin orta yaşı 45-dir. 50 yaşlı təsisçilərin 25 yaşlılardan təqribən 3 dəfə daha uğurlu startap yaratdığı məlum olub. 60 yaşlılar isə 30 yaşlılara nisbətən ən azı 3 dəfə daha uğurlu layihələr qururlar və 0,1% ən uğurlu şirkətlər siyahısına düşmək ehtimalları da ikiqat yüksəkdir.

Müxtəliflik xoşbəxtliyi də artırır

"Nature Neuroscience" jurnalında dərc olunmuş araşdırmaya görə, yeni və müxtəlif təcrübələr insanın xoşbəxtliyini artırır. "Journal of Consumer Research" jurnalının məlumatına əsasən isə, uzun zaman dilimlərini fərqli fəaliyyətlərlə doldurmaq zamanı daha mənalı və stimullaşdırıcı edir ki, bu da ümumi xoşbəxtlik səviyyəsini yüksəldir. Əksinə, qısa zamanları müxtəlif fəaliyyətlərlə doldurmaq zamanı daha az məhsuldar hiss etdirir və nəticədə insan özünü daha az xoşbəxt hiss edir.

Xatırladaq ki, daha əvvəl milyarder Vorren Baffet də uğur üçün mühüm tövsiyə vermişdi. Onun sözlərinə görə, insan özündən daha bacarıqlı şəxslərlə ünsiyyətdə olmalıdır ki, inkişaf üçün stimullaşsın və bu insanlara bənzəməyə çalışsın.

Son xəbərlər